Fransa prezidentliyinə namizəd arzuolunmaz şəxslər siyahısına daxil edilib Siyasət

Dekabrın 23-də Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Nə baş verib: Dekabrın 22-də Fransanın İl-de-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin Xankəndi şəhərinə qanunsuz səfərilə əlaqədar ona etiraz notası təqdim edilib.

XİN nə deyir: “Seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiətilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır”

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan Fransa vətəndaşlarının hərəkətlərinə qəti etirazını bildirib.

Bu, Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərə, həmçinin Fransanın regiondakı nüfuzuna, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynaya biləcəyi roluna xələl gətirir.

Azərbaycan ərazisinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adları Azərbaycana girişi qadağan olunan arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.