Noyabrın 16-da Laçın döyüşlərində həlak olan bir qrup hərbçi təltif edilib
Prezident İlham Əliyev 2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində döyüş tapşırıqlarını yerinə yetirərkən şücaət və fədakarlıq göstərən Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi barədə sətrəncam imzalayıb.
Sərəncamda nə deyilir: Döyüşlər zamanı həlak olan hərbi qulluqçular leytenant Ümid Niftəliyev və gizir Orxan Cabarov 3-cü dərəcəli “Rəşadət” ordeni ilə , kiçik çavuş Natqi Əliyev, əsgərlər Elçin Ağayev, Elvin Əliyev, Elmin Əlizadə, Murad Xəlilov “Vətən uğrunda” medalı ilə təltif ediliblər.
Bununla yanaşı 90-dək döyüşçü “İgidliyə görə”, “Cəsur döyüşçü” , “Döyüşdə fərqlənməyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Nə baş verib: 2021-ci il noyabrın 16-da Azərbaycan- Ermənistan sərhədində artilleriyanın tətbiqi də daxil olmaqla, lokal döyüşlər olub. Döyüşlər Rusiyanın təşəbbüsü ilə dayandırılıb.
Azərbaycan Müdafiə Nazirliyi nə deyib: Döyüşlər zamanı Azərbaycan ordusunun 7 hərbçisi həlak olub, 10 hərbçi yaralanıb.
Ermənistan Müdafiə Nazirliyi nə deyib: Döyüşlər zamanı bu ölkənin 6 hərbçisi həlak olub, 13 hərbçisəsir düşüb, 18 əsgərinin taleyi məlum deyil.