Yeni ildə Azərbaycan Avropa İttifaql ilə strateji tərəfdaşlıq haqqında saziş bağlamaq istəyir

2022-ci ildə Azərbaycan Avropa İttifaqı ilə danışıqları başa çatdırmağı və strateji tərəfdaşlıq haqqında sazişi imzalamağı planlaşdırır.

  • Bu barədə bazar ertəsi ölkənin xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sazişin 10 faizi razılaşdırılmamış qalır və bu, “ticarət-iqtisadi məsələlərə” aiddir.

O, siyasi aspektdə fikir ayrılıqlarına toxunmayıb.

Nə baş verir: Bakı və Brüssel arasında bu məsələ ilə bağlı danışıqlar beş ildir ki, aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.