Polis əməkdaşını döyən keçmiş deputat mühakimə olunub

Dekabrın 27-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi parlamentin keçmiş deputatı Eldəniz Səlimov barəsində hökm çıxarıb.

Məhkəmə onu vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilib (Cinayət Məcəlləsinin 309.2-ci maddəsi) və 3 il yarım müddətinə azadlıqdan məhrum edib.

Nə baş verib: İyulda Səlimov restoranda karantin rejiminin tələblərini pozmamağı xahiş edən polis əməkdaşını döyüb. Hadisə Xaçmazda baş verib.

Milli Məclis onu toxunulmazlıqdan məhrum edib və keçmiş deputat həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.