Prokuror keçmiş icra başçısının 6 il müddətinə həbs edilməsini tələb edir

Gəncə Ağır Cinayətlər Məhkəməsində korrupsiya və mənimsəmədə ittiham olunan Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, Gəncə Şəhərinin sabiq baş memarı Əli Rüstəmov və Razin Qəhrəmanovun cinayət işi üzrə proses davam edir.

Dekabrın 28-də prosesdə çıxış edən dövlət ittihamçısı Mustafayevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

O, şəhərin keçmiş baş memarı Əli Rüstəmovun da 6 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmənin növbəti iclası yanvarın 10-na təyin olunub.

Xatırladaq ki, bu məmurlar 2020-ci ilin avqustunda həbs ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.