Prokurorluq sosial şəbəkələrin beş istifadəçisinə xəbərdarlıq edib

Baş Prokurorluq “sensasiya naminə müxtəlif sosial platformalarda həqiqətəuyğun olmayan məlumatların yayılması” ilə bağlı sosial şəbəkələrin beş istifadəçisinə xəbərdarlıq edib.

Baş Prokurorluğun məlumatında bu istifadəçilərin adları açıqlanıb:

  • Bəxtiyar Yusubov,
  • Seymur Günəşli
  • Bəxtiyar İsmayılov
  • Mahir Namazov
  • Musa Əzizov

Nədə ittiham olunurlar: Onlar informasiya haqda qanununun 13-2-ci maddəsinin pozulmasında ittiham olunurlar.

Eyni zamanda, prokurorluğun məlumatında sözügedən materialların məhz harada dərc edildiyi və onlarda nədən bəhs olunduğu açıqlanmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.