Yanvarda orta aylıq temperatur iqlim normasından yüksək olacaq

2022-ci ilin yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə normadan bir qədər çox olacağı ehtimal olunur.

Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Yanvar ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 7-12 isti, bəzi günlərdə 15-18 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacaq (norma 12-28 mm).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.