Azad edilmiş ərazilərdə ermənilərin qoyub getdiyi 8 RƏM sistemi aşkarlanıb

2021-ci il ərzində polis orqanlarının əməkdaşları erməni işğalından azad edilmiş ərazilərdə düşmənin qoyub getdiyi 8 RƏM sistemi aşkar edib. Bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Daxili İşlər Naziriyi nə deyir: Ərazi polis orqanlarının əməkdaşları düşmənin tərk etdiyi hərbi mövqelərdə 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot, 64 tank və piyada əleyhinə idarə olunan raket sistemləri, 10 minaatan qurğusu, 8 hava hücumundan müdafiə sistemləri, 721 qumbara, 129 mina, on minlərlə müxtəlif çaplı mərmi və patronlar aşkar edib.

“Eyni zamanda, işğaldan azad edilən ərazilərdə yabanı halda bitən 17 tona yaxın çətənə bitkisi məhv edilib. “

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.