Hərbçi yoldaşlarını güllələyən sərhədçi saxlanılıb

Qubadlı rayonu ərazisində bir gün əvvəl üç hərbçi yoldaşını güllələyən sərhədçi Elxan Əvəzli saxlanılıb.

Baş Prokurorluq nə deyir: Əvəzlinin yanvarın 3-nə keçən gecə Laçın rayonunun Malxələf kəndində saxlanılması barədə məlumat yayıb.

İstintaq orqanları cinayətin baş vermə şəraitini araşdırır.

Nə baş verib: Yanvarın 2-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində bir hərbçi 3 nəfər hərbi qulluqçunu öldürüb.

Baş Prokuroruğun məlumatına görə, ilkin araşdırmalarla müəyyən edilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzli naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları: baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.