Nazarbayevin yeri məlum oldu

Nursultan Nazrbayev Qazaxıstanın paytaxtındadır və heç yerə getməyib, RBK onun mətbuat katibi Aydos Ukibaya istinadən xəbər verir.

Nursultan Nazarbayev Qazaxıstanın paytaxtındadır, Aydos Ukibay Twitter-də yazıb.

Onun sözlərinə görə, Nazarbayev “cari çağırışların aradan qaldırılması və ölkənin bütövlüyünün təmin edilməsi üçün” hamını Qazaxıstan prezidenti Kasım-Comart Tokayevin ətrafında birləşməyə çağırır.

Ukibay bildirib ki, keçmiş dövlət başçısı Tokayevlə “birbaşa əlaqədədir” və Qazaxıstana “dost dövlətlər”in liderlərilə bir neçə telefon danışıqları aparıb.

Bundan öncə Telegram- kanalda Orda.kz nəşri bildirib ki, Nazarbayev və qızları öz ailələri ilə birlikdə ölkəni tərk ediblər, orada yalnız keçmiş dövlət başçısının qardaşı Bolat Nazarbayev qalır.

Qazaxıstanda etirazlar qazın qiymətinin iki dəfə artırılması səbəbindən başlayıb, böyük şəhərlərdə, o cümlədən Almatıda güc strukturları ilə toqquşmalara çevrilib. Son məlumatlara görə, 4 mindən artıq adam saxlanılıb.

Tokayev bildirib ki, Almatıya təxminən 20 min xarici yaraqlı hücum edib. Onun sözlərinə görə, “qanqsterlər və terrorçular” yaxşı təlim keçiblər, təşkil olunublar və “xüsusi mərkəz”dən gələn komandalara tabe olublar, RBK bildirib.

Terror versiyası hökumət əleyhinə etirazların başlanmasından xeyli sonra yaranıb və konstitusion düzəni yaratmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qoşunlarının yeridilməsinə əsas olub.

Ukibayın məlumatına gəlincə, qəribə görünür, çünki Nazarbayev videomüraciətlə çıxış etməyib. 5 yanvar iğtişaşlarının başlandığı gün Nursultandan Dubay və Moskvaya 20-dən çox təyyarənin uçuşu ilə bağlı əvvəlki məlumatlar göstərir ki, Nazarbayev və onun yaxın ətrafı Qazaxıstanı tərk edə bilər. Hər halda xeyli nəşr və ekspert belə hesab edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.