Qiyas İbrahimov özünü yandırmağa cəhd edib

Dekabrın 7-də keçmiş “heykəl məhbusu” Qiyas İbrahimov Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə cəhd edib. O, Avropa Məhkəməsinin qərarı ilə ona çatacaq kompensasiyasının verilməməsinə etiraz etdiyini bildirib.

Q.İbrahimov üzərinə benzin tökərək əlində alışqanı tutub. Prezident Administrasiyasının mühafizə xidməti və polis əməkdaşları onun əlindən kanistri alaraq, özünü saxlayıb.

Ərazidə olan jurnalistlərə qarşı təzyiq göstərildiyi bildirilir.

Daxili İşlər Nazirliyi nə deyir: Mətbuat xidmətindən Turan-a məsələ ilə bağlı açıqlama veriləcəyi bildirilib.

Qiyas İbrahimov kimdir: 2016-cı ilin mayında digər fəal, mərhum Bayram Məmmədovla birlikdə Heydər Əliyevin abidəsi üzərinə siyasi şüarlar yazdıqdan sonra həbs edilmişdi. Onlar hər ikisi qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan AİHM onların həbsinin qanunsuz olduğu barədə qərar çıxarıb. 2019-cu ilin martında hər iki fəal əvf olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.