44 günlük müharibənin iştirakçılarının etiraz aksiyası

Bazar ertəsi Vətən Müharibəsi (44 günlük İkinci Qarabağ Müharibəsi) iştirakçılarından ibarət qrup Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Nəyə etiraz edirlər: Hərbi qulluqçular onların hərbi mükafatlardan məhrum edilməsindən narazılıq ediblər.

“Müharibə iştirakçılarının mükafatlandırılması, onlara diqqət, qayğı göstərilməsi barədə prezident İlham Əliyevin tapşırığına baxmayaraq, bizim xidmətlərimiz qiymətləndirilməyib. Arxa cəbhədə xidmət edənlər medal aldılar, amma bizi unutdular”,

aksiya iştirakçılarından biri deyib.

MN nə deyir: Müdafiə Nazirliyinin nümayəndəsi etirazçıların qarşısına çıxaraq məsələnin araşdırılacağını vəd edib. Aksiya insidentsiz başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.