Bakı Qırmızı Bazar qəsəbəsinin atəşə tutulması barədə məlumatı təkzib edib

Qırmızı Bazar qəsəbəsində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni tərəfinin məlumat yalandır, Turan-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir ki, Azərbaycan ordusu mülki əhaliyə və obyektlərə atəş açmır. “Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur”, – hərbi idarədən bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.