Korrupsiya işləri üzrə 40 milyon manatlıq ziyanın ödənilməsi təmin edilib

Ötən il korrupsiya hüquqpozmasına yol verən 492 şəxsin barəsində 301 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirilib.

 

Müşavirədə qeyd edilib ki, 39 milyon 224 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub, eləcə də cinayət məsuliyyətindən azad olunan şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 2 milyon 195 min manat məbləğində pul vəsaitinin ödənilməsi təmin olunub.

 

Həmçinin keçən il Azərbaycanda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı açıqlanıb. Onlardan 2-i prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq olunub.

 

Ötən ilin noyabrında elan edilmiş amnistiya aktının icrasına gəlincə, hazırkı dövrədək 10 943 nəfər amnistiyaya düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.