Ötən gecə Kəlbəcər və Tovuz istiqamətlərində döyüşlər davam edib Cəmiyyət

11 yanvar saat 23:20-dən 12 yanvar saat 5:10-dək Ermənistan-Azərbaycan sərhədi boyunca döyüşlər davam edib. Bu barədə çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Erməni tərəfi Kəlbəcər və Tovuz rayonlarının yaşayış məntəqələri istiqamətində Azərbaycanın mövqelərinə atəş açıb.

Azərbaycan tərəfi cavab atəşi açıb, canlı qüvvə və texnika itkisi yoxdur.

Yanvarın 11-i günortadan etibarən Ermənistan-Azərbaycan sərhədində (Kəlbəcər-Vardenis) atışma gedir. Erməni mənbələrinin məlumatına görə, ermənilərin iki ölü və üç yaralısı var. Azərbaycan tərəfdən isə bir nəfər həlak olub.

Erməni KİV-lərinin məlumatına görə, Azərbaycan tərəfi zərbə dronlardan və artilleriyadan istifadə edib. Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Mövqe itkiləri barədə məlumat verilmir. Ermənistan tərəfinin məlumatına görə, döyüşlər Verin Şorja kəndi istiqamətində gedir.-

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.