Baş Prokurorluq AXCP rəyasət heyətinin üzvünə xəbərdarlıq edib

Xalq Cəbhəsi Partiyasının rəyasət heyətinin üzvü İlham Hüseyn yanvarın 21-də Baş Prokurorluğa çağırılıb, burada ona şifahi xəbərdarlıq edilib. Bu barədə Turan-a İlham Hüseyn özü bildirib.

Onun sözlərinə görə, xəbərdarlığa onun 2021-ci ilin noyabrında “Azadlıq” qəzetinə istinadla Facebook-da dərc etdiyi status səbəb olub.

“Mənə bildirdilər ki, Baş Prokurorluğa çağırılmağım 2021-ci ilin noyabrında “Azadlıq” qəzetinin səhifəsindən Laçın rayonunda döyüşlər haqqında Müdafiə Nazirliyi tərəfindən təsdiq edilməmiş yazını paylaşmağımla bağlıdır. Mənə şifahi xəbərdarlıq edildi”, deyə fəal bildirib.

İlham Hüseyn kimdir: 2021-ci il dekabrın 1-də o, həbsdə aclıq edən müxalifət fəalı Saleh Rüstəmovun azad edilməsi tələbi ilə mitinq keçirərkən saxlanılıb. İlham Hüseyn karantin rejimini pozmaq ittihamı ilə 30 gün inzibati həbs cəzasına məhkum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.