ABŞ konqresmeninin Azərbaycanla əlaqələri ciddi diqqət altındadır

ABŞ konqresmeni Henri Kuelyarın Azərbaycanla əlaqələri Federal Təhqiqat Bürosunun yenidən ciddi diqqəti altındadır. Belə ki bu həftə  Federal Təhqiqat Bürosu onun evində və ofisində axtarış aparıb, Turan-ın Vaşinqton müxbiri xəbər verib.

Cümə günü ABC xəbərləri FTX-nin reydinin yeni təfərrüatlarını açıqlayıb və bildirib ki, məhkəmə konqresmenə, onun xanımına və ən azı əməkdaşlarından birinə və onların Azərbaycan şirkətlərilə əlaqələrinə dair sənədlərin əldə edilməsi üçün sanksiya verib.

Əsasən söhbət Kamal Öksüzlə (Hyustondan olan keçmiş iş adamı, 10 konqresmenin Bakı səfərinin maliyyələşdirilməsində Azərbaycanın rolu ilə bağlı  Konqresə yalan söylədiyinə görə mühakimə olunub) bağlı sənədlərdən gedir.

Kuelyar və ya xanımının birbaşa istintaq obyektləri olub-olmadığı hələlik aydın deyil, lakin hakimiyyət Kuelyarın bəzi biznes- liderlər və xarici rəsmi şəxslərlə əlaqələrini, habelə Kuelyarın xarici şirkətlərə göstərə biləcəyi xidmətləri və ya hərəkətləri araşdırır.

Bu yaxınlara qədər Kuelyar Konqresdə Azərbaycan fraksiyasının həmsədri olub və çoxsaylı azərbaycanlı rəsmi şəxslərlə, o cümlədən ötən ilin noyabrında bir qrup azərbaycanlı parlamentari ilə görüşüb.

Bundan öncə CNN bildirib ki, istintaqa Ədliyyə Nazirliyinin ictimai etika məsələləri üzrə bölməsi cəlb olunub, hökumətin ələ alınıb-alınmaması və rüşvətxorluq hallarını araşdırır.

Cümə günü Kuelyarın ofisi və Ədliyyə Nazirliyinin nümayəndəsi şərh verməkdən imtina ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.