Azərbaycanda koronavirusa yoluxanlar üçün karantin müddəti 7 günə endirilir

Azərbaycanda koronavirusa yoluxmuş şəxslər üçün karantin dövrü 14 gündən 7 günə endirilib.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Ərazi Tibb Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir ki, bu addım SARS-CoV-2 virusunun “omikron”  ştamının yayılması ilə əlaqədar bu xəstəliyə qarşı mübarizə tədbirlərinə yenidən baxılması haqda Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq atılıb.

Bununla əlaqədar yeni ştammın spesifik xüsusiyyətlərini nəzərə alınaraq, test strategiyası, karantin müddəti, pasiyentlərin müşahidə və müalicə metodlarında dəyişikliklər edilir.

Odur ki, beynəlxalq təcrübə və son elmi tədqiqatların nəticələri nəzərə alınaraq, yanvarın 24-dən SARS-CoV-2 üzrə PCR testinin müsbət nəticəsi olan şəxslərin və onlarla sıx təmasda olanların izolyasiya müddəti 7 günədək azaldılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.