Özünü bloger adlandıran Maqsud Mahmudov məhkəmə qarşısında dayanacaq

Dələduzluq ittihamı ilə axtarışda olan və ötən il Ukraynada həbs edilmiş Maqsud Mahmudovun məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Turan-a bildiriblər ki, proses Faiq Qəniyevin sədrliyilə keçiriləcək.

Nə baş verir: Mahmudov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 183.2.2-ci (xüsusi dəyəri olan əşyaları talama; təkrar törədildikdə) maddələrilə ittiham olunur.

Maqsud Mahmudov kimdir: son 20 il ərzində, o, dələduzluğa və vətəndaşları aldatdığına görə dəfələrlə cinayət məsuliyyətinə cəlb edilib. Adamların çoxuna böyük maddi ziyan vurub.

Sonradan o, Milli Təhlükəsizlik Nazirliyini onu qanunsuz təqibdə və biznesdən məhrum etməkdə ittiham edib. Bu əsaslarla özünü hakimiyyətin özbaşınalığının qurbanı adlandıraraq ölkədən qaçıb. Xaricdə olarkən tez-tez Youtube-da “ifşaedici materiallar”la çıxış edib.

2021-ci ildə Azərbaycanın sorğusu ilə Ukraynada həbs olunaraq Bakıya ekstradisiya edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.