Human Rights Watch: Əli Əliyevin həbsi biabırçılıqdır

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber “Vətəndaş və İnkişaf” Partiyasının sədri Əli Əliyevin həbsini “sərt qərar” adlandırıb.

“Əli Əliyevin böhtan ittihamı ilə azadlıqdan məhrum edilməsi hökmü həddindən artıq amansız və biabırçı qərardır”,

deyə Denber Osmanqızı TV kanalına müsahibəsində bildirib.

“Böhtana görə cinayət məsuliyyəti yolverilməzdir. Bu, insan hüquqları prinsiplərinin Azərbaycanın da tərəf olduğu beynəlxalq sazişlərə zidd olan açıq-aşkar pozuntusudur. İnsanları böhtan ittihamı ilə həbs etmək olmaz”,

deyə Denber bildirib.

O, məhkəmənin “tələskənliyinə” diqqət çəkib. “Məhkəmənin necə tez və hansı formada keçirildiyi hökmün əvvəlcədən müəyyən edildiyini göstərir”, deyə Denber bildirib.

Nə baş verib: Əliyev Bakının Yasamal rayon məhkəməsi tərəfindən böhtan ittihamı ilə beş ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İddia Sərhəd Xidmətinin zabiti Emil Cəfərov tərəfindən verilib. İddiaya Əliyevin Sərhəd Xidmətinin qəzaya uğrayan Mi-17 helikopterində sağ qalanların olacağına şübhə ifadə etdiyi müsahibəsi səbəb olub.

Cəfərov və qəzada sağ qalan daha bir zabit Əliyevin ifadələrini böhtan kimi qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.