Kəlbəcər dağlarında itkin düşmüş zabitin nəşi tapılıb

Yanvarın 31-də gündüz yüksək dağlıq Alagöllər ərazisində yanvarın 29-da yolunu itirərək azan Azərbaycan SQ-nin baş leytenantı Bağırov Fuad Allahverdi oğlunun nəşi tapılıb, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyətinin və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində zabitin nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib.

Bağırovla birlikdə olan daha üç hərbi qulluqçu şənbə günü tapılaraq hərbi hospitala yerləşdirilib. Onların vəziyyəti haqqında dəqiq məlumat yoxdur.

Dörd hərbiçi hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən yüksək dağlıq ərazidə azmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.