Yeniyetmə karateçilərimiz Tehrandan qələbə ilə geri döndülər

2022-ci 27-28 yanvar tarixində İran İslam Cümhuriyyətinin Tehran şəhərində Karate-do idman növünün şotakan versiyası üzrə yeniyetmələrin 17-ci beynəlxalq İran zamin kuboku keçirilib. Kubokda Azərbaycanı Azərbaycan Karate Federasiyalar Assosiasiyasının yeniyətmə iştirakçıları təmsil edib. Beynəlxalq turnirdə
Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 5 Dan qara kəmər ustası, “Günəş” idman klubunun baş məşqçisi Aslanov Azər Səfərəli oğlunun tələbələri xüsusi ilə fərqlənib.
Qeyd olunan klubun yetirmələri Davud Muradov, Xədicə Mürsəlova, Əli Məmmədzadə, Mikayıl Nağıyev, Əkrəm Qəhrəmanov qızıl, Səid Məmmədov Ruhid Eyvazov, Dias Əskərov, Nihad Tağızadə, Cavidan Qasımov isə gümüş medallar qazanaraq ölkəmizə qalib kimi dönüblər.
Xatırladaq ki, son illər ölkə başçısının Karate idman növünə qayğısı nəticəsində Azərbaycan Karate-do Federasiyaları Assosiyasının prezidenti, millət vəkili Ülvi Quliyevin və vitse-prezident, Dünya Müasir Karate Federasiyasının vitse-prezidenti Arif Məmmədovun rəhbərliyində çox ciddi uğurlara imza atmışlar. Paralel olaraq pandemiya dönəmində idman zallarının qapalı olmasına baxmayaraq Assosiya rəhbərliyi idmancı və məşqçilərə mütəmadi olaraq yardımlar göstərmişlər.
İdmançılarımıza növbəti beynəlxalq yarışlarda ölkəmizi daha da uğurla təmsil etmələrini arzu edir, qələbə münasibəti ilə hamısını təbrik edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.