ABŞ Əli Əliyevin həbsini pislədi

Vaşinqton yanvarda böhtan ittihamı ilə mühakimə olunan Vətəndaş və İnkişaf Partiyasının sədri, Azərbaycan hökumətinin fəal tənqidçisi Əli Əliyevin həbsinə reaksiya verib.

“Biz Əli Əliyevin cinayət işi üzrə qərardan məyusuq”, – Dövlət Departamentinin sözçüsü  TURANa bildirib.

“Biz Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə, o cümlədən ifadə azadlığı hüququna hörmət etməyə çağırırıq”.

* Əli Əliyev ötən ilin dekabrında Youtube kanalı Osmanqızı TV-yə verdiyi müsahibədə Sərhəd Xidmətinin vertolyotunun qəzasında sağ qalanlarla bağlı fikirlərinə görə yanvarın 13-də böhtan ittihamı ilə 5 aylıq həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.