Yük avtomobillərinin sürücüləri Heydər Əliyev prospektini bağlayıblar

Heydər Əliyev prospekti, kənar yol yük maşınları tərəfindən etiraz məqsədilə bağlanılıb.

Nərimanov rayon ərazisində 4 yük avtomobilinin sürücüləri yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazlarını bildiriblər.

Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb ediblər. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur.
TIR-lardan birinin üzərində etirazın səbəbi kimi belə yazılıb:

“Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev, icazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir, müflis olmuşuq”
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, Paytaxtın Heydər Əliyev prospektində TIR-ların yolu bağlaması səbəbindən nəqliyyatın hərəkətində yaranan problem aradan qaldırılıb.
Aksiyadan dərhal sonra Malik Əliyev işdən qovulub, Anar Rzayevə isə töhmət verilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.