Rəsulzadəni və Elçibəyi aşağılayan Əli Kərimli sifarişi hansı ölkənin xüsusi xidmət orqanından alıb ?

AXCP sədri Əli Kərimli xəyanətkar əməllərini davam etdirir . Beləki , Ə.Kərimli iyirmi ildən artıqdır ki, milli maraqlarımıza xəyanət etməklə siyasi gündəmdə qalır . Bu məxluqun siyasi mayası xəyanətlə yoğrulub desək daha doğru olar . Əli Kərimlinin xəyanətkar əməllərinin üstündəki qalın pərdələri qaldıranda əsl həqiqət üzə çıxır . Komsomol təşkilatı katibi olan Ə.Kərimli o illərdə yaradılan “Yurd” təşkilatının rəhbərliyinə gətirildi. Qısa müddət ərzində xüsusi xidmət orqanları tərəfindən onun pafoslu təbliğatı aparıldı. Əli Kərimlinin saxta “demokrat” obrazı yaradıldıqdan sonra Azərbaycan Xalq Cəbhəsinə yeridildi. Həmin gündən etibarən AXC-də təfriqələr, intriqalar və xəyanətlər başladı.
Əli Kərimlinin az qala saç ağartdığı siyasi meydan hələ ki, onun çabalarına dirəniş göstərir. O, meydanda qalmaq üçün bütün iyrənc , insanlığın qəbul etmədiyi variantlara əl atır, hətta, Qabil Məmmədov kimi əxlaqsız, ağzından söyüş qusan birisini belə güvənc sayır. Kərimli sələfləri sandığı M.Rəsulzadədən, Ə.Elçibəydən böyük siyasətçi və vətənsevər olduğunu dolayısı ilə həmişə vurğulayıb. Doğrudu, özündə o cəsarət(?) yoxdu və olmayıb birbaşa söyləsin, lakin, Fuad Əhmədli kimi alkaş və siyasi hoqqabazın , Qabil Məmmədov kimi əxlaqsız birisinin vasitəsilə bunu etdirir . Kərimli Dövlətimizin və xalqımızın qürur mənbəyi olan Məmmədəmin Rəsulzadə və Əbülfəz Elçibəyi niyə hazırki zamanda aşağılayır ?
Hər kəs yaxşı bilir ki , dünən olduğu kimi bu gündə Rusiya və İranın ölkəmizə mövqeyi və baxşı nədir . Belə bir vaxtda durub milli birlik simvolu olan şəxsiyyətləri aşağılamaq hansı qüvvələrə sərf edir ? Əli kərimli niyə bu qədər irəli gedir ? Xarici xüsusi xidmət orqanlarının əlaltısı olan kərimli Rəsulzadə və Elçibəyi aşağılamaqla Azərbaycan xalqını və Dövlətini aşağılayır . Bu tip satqınlara aramızda yer yoxdur . Dövlətimizin və xalqımızın varlığı Rusiyanı və İranı qorxutduğu kimi , sapı özümüzdən olan Əli kərimli tipli xəyanətkar sürüsünüdə narahat edir . Öz ağalarından aldığı tapşırıqlara uyğun hərəkət edən əli kərimli başa düşürmü o siyasi meyid olmaqla yanaşı , Vətən xainidir .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.